Danimarkada koronavirusla bağlı məhdudiyyətlər ləğv edilib

Danimarkada koronavirusla bağlı tətbiq edilmiş bütün məhdudiyyətlər bu gündən qüvvədən düşüb.

Gazette xarici KİV-ə istinadən xəbər verir ki, bununla da Danimarka Avropa İtifaqının üzv ölkələri arasında bu cür addımı atan ilk ölkə olub.

Belə ki, bu gündən etibarən maska taxmaq, COVID pasportları gəzdirmək məcburi deyil, ictimai iaşə yerlərinin fəaliyyətində vaxt məhdudiyyəti yoxdur, gecə klubları açılır, qapalı məkanlarda insanların sayına limit qoyulmur.

Eyni zamanda, Şengen zonasına aid olmayan ölkələrdən peyvənlənməmiş şəxslərin ölkəyə girişi hələ də məhdudlaşdırılır.

Koronavirusla bağlı məhdudiyyətlərin ləğv olunması Səhiyyə Nazirliyinin təşəbbüsü ilə parlamentdə qəbul edilib. Hərçənd ötən gün ölkədə 27,6 minədək yoluxma qeydə alınıb. Danimarkada əhalinin 80 faizə yaxın hissəsinə koronavirusa qarşı iki dəfə peyvənd, 60 faizinə isə buster dozası vurulub.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR