BAKU Azərbaycan
16.03 °C

OPEC+ alyansının iclası öncəsi dünya bazarında neft bahalaşıb

OPEC+ alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti 1%-dən çox artıb.

Gazette xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin aprel fyuçersləri 1,06% bahalaşaraq, 1 bareli 89,47 ABŞ dollarına satılıb. WTI neftinin mart fyuçerslərinin qiyməti isə 1,17% artaraq, 1 bareli 87,83 ABŞ dolları təşkil edib.

İnvestorlar OPEC+ alyansının fevralın 2-nə planlaşdırılmış növbəti iclasını gözləyirlər. Həmin gün alyans üzvləri neftin mart ayındakı hasilatı ilə bağlı qərar qəbul edəcək. OPEC+ alyansının neft hasilatını planlaşdırıldığı kimi hər ay gündəlik 400 min barel artırılmasına sadiq qalacağı gözlənilir.

Analitiklər hesab edir ki, Ukrayna ətrafında mövcud olan geosiyasi gərginlik də bazardakı qiymətlərə təsir edir.