Bu ölkənin yeni pasportlarında komiks qəhramanları əks olunub

Belçikada yerli komikslərin təsvirlərini əks etdirən yeni pasportlar təqdim edilib. Bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Gazetteaz oxu.az-a istinadən xəbər verir ki, Belçikanın ən məşhur komiks seriyasından olan təsvirlər viza və ya sərhəd keçid möhürləri üçün nəzərdə tutulan pasportun 34 səhifəsi üçün fon kimi istifadə olunacaq.

Həmçinin, pasportun birinci səhifəsində Tentenin (Tintin) Aya uçduğu qırmızı raket əks olunub.

XİN-dən bildirilib ki, pasportun etibarlılığını artırmaq və onun saxtalaşdırılmasını çətinləşdirmək üçün komikslərdəki şəkillərdən istifadə olunub. 2007-ci ildəki pasportlarla müqayisədə yeni sənədin təhlükəsizlik elementlərinin sayı 24-dən 48-dək artırılıb.

Qeyd edək ki, Belçikada pasportdan yalnız xarici səfərlər üçün istifadə olunur. Ölkə daxilində isə yalnız plastik şəxsiyyət vəsiqəsi tətbiq edilir.

SON XƏBƏRLƏR

Milli Parkın ərazisində qanunsuz ov edən şəxs saxlanılıb

Məktəblərdə tətil bitdi, 1-ci gündən dərslər başlayır

FHN-in qurumları arasında sərbəst güləş çempionatına yekun vurulub

İlham Əliyev: Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır

Qaz limitləri sıfırlanır - Vətəndaşların nəzərinə!

Hanoyda İlham Əliyevin və Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib

Məleykə Abbaszadə yeni vəzifəsində ilk onu işdən çıxardı

Neftçalada YAP-ın 34-cü ildönümü münasibətilə tədbir keçirilib

BDYPİ-nin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciəti

21 Noyabr – Ümumdünya Salamlaşma Günüdür

Azərbaycan-Vyetnam sənədləri mübadilə olunub

Bakı aeroportunun tualetində 60 minlik qızıl tapıldı

İlham Əliyev gürcüstanlı həmkarına başsağlığı verib

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu

Ordumuzun mayoru qəfil vəfat etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Jurnalistlərin öz hesablarındakı paylaşımların bəyənmə sayı da əsas götürüləcək

İlhamə Abdullayeva bu vəzifəyə təyin olunub

Paytaxtda qarlı havalara hazırlıqla bağlı müşavirələr başa çatdı

BÜTÜN XƏBƏRLƏR