Qırğızıstan-Tacikistan sərhədində atışma - GƏRGİNLİK

Qırğızıstanın Tacikistanla dövlət sərhədində vəziyyət gərgin olaraq səciyyələndirilir.

Gazetteaz xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

İki ölkənin sərhəd xidmətlərinin nümayəndələri arasında aparılan danışıqların yekunlarına əsasən, Batken-İsfana yolunun həmin ərazidəki hissəsi yenidən açılıb.

Buna baxmayaraq, axşam saatlarında Tacikistan tərəfinin silahdan istifadə etməsi və Qırğızıstan Respublikası Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin sərhəd bölmələrini atəşə tutması səbəbindən vəziyyət daha da pisləşib.

Qırğızıstan və Tacikistan sərhəd qoşunlarının bölmələri arasında əsas atışmalar Tort-Koço və Çir-Dobo ərazilərində gedir. Tacikistan tərəfi minaatan və qumbaraatanlardan istifadə edir. Tacik mətbuatı 3 hərbçisinin yaralandığı barədə məlumat verib.

Tacikistanla sərhəddə yerləşən Qırğızıstan qəsəbələrinin sakinləri atışma səbəbindən evlərini tərk etməyə başlayıblar. 

Atışma davam edir.

Yaranmış gərginliklə əlaqədar Qırğızıstan Operativ Qərargah yaradıb.

Xatırladaq ki, Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin (QKNB) Sərhəd Xidmətinin məlumatına görə, iki dövlət arasında insident Batken-İsfana avtomobil yolunun hissələrinin birində, Tort-Koço ərazisində başlayıb. Qırğızıstan tərəfinin əmin etdiyi kimi, vəziyyət Qırğızıstan sərhədçilərinə qarşı Tacikistan tərəfinin silahdan istifadə etməsi səbəbindən daha da pisləşib.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR