
Reklam
25 Yanvar 2022, 23:35
617
Azərbaycan MDB-nin sazişinə qeyd-şərtlə qoşulub
Prezident İlham Əliyev “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Gazetteaz xəbər verir ki, qanuna əsasən Müstəqil Dövlətlər Birliyi Hökumət Başçıları Şurasının Astana şəhərində keçirilmiş 2018-ci il 2 noyabr tarixli iclasında imzalanmış “Sellülyar səyyar rabitə sistemlərinin inkişaf etdirilməsində və onlardan istifadə olunmasında əməkdaşlıq haqqında 1997-ci il 17 yanvar tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol” Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə təsdiq edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





