
Reklam
19 Yanvar 2022, 16:26
1264
Azərbaycanda qaz istehlakı 8%-dən çox artıb
2021-ci ildə Azərbaycanda 13 milyard kubmetrə yaxın təbii qaz istehlak olunub.
Məlumata görə, bu, 2020-ci illə müqayisədə 8,4 % çoxdur.
"Ötən il ölkə üzrə qazlaşdırma səviyyəsinin 96,2 %-dən 96,3 %-ə çatdırılması, habelə karbamid gübrəsinin istehsal həcminin təqribən 3 dəfə yüksəldilməsi istehlak göstəricilərinin artımına təsir göstərən əsas amillərdir", - deyə şirkət bəyan edib.
SOCAR təbii qazdan xammal kimi istifadə edərək, metanol və karbamid gübrəsi istehsal etməklə, onun əlavə dəyərini bir neçə dəfə artırır.
report
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





