Ceyhun Bayramov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşüb

Noyabrın 16-da Xarici İşlər Naziri Ceyhun Bayramov Brüsselə işgüzar səfəri çərçivəsində Ümumdünya Gömrük Təşkilatının (ÜGT) baş katibi Kunio Mikuriya ilə görüşüb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı ÜGT ilə ölkəmiz arasındakı mövcud əməkdaşlıq səviyyəsindən məmnunluq ifadə olunub, yeni istiqamətlər üzrə əməkdaşlığın perspektivləri müzakirə edilib.

Nazir Ceyhun Bayramov qeyd edib ki, 1 il bundan öncə baş vermiş Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin edib. Nəticədə, bölgədə yaranmış yeni reallıqlar yeni nəqliyyat bağlantılarının inkişafı üçün əlverişli şərait yaradıb. Bu xüsusda, qarşı tərəfə Azərbaycanın təşəbbüsü və iştirakı ilə Şərq-Qərb, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində həyata keçirilən infrastruktur layihələri, o cümlədən sözegedən beynəlxalq dəhlizlərin tərkib hissəsi olan Zəngəzur dəhlizinin əhəmiyyəti haqqında məlumat verilib, işğaldan azad olunmuş ərazilərdə aparılan geniş miqyaslı quruculuq işlərinə diqqət çəkilib.

Baş katib Kunio Mikuriya əvvəllər ölkəmizə səfərləri zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə keçirdiyi görüşləri məmnunluqla xatırlayıb, o görüşlərin Azərbaycanla ÜGT arasındakı əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə təkan verdiyini vurğulayıb. Baş katib Azərbaycanın Avropa ilə Asiya arasındakı əlverişli coğrafi mövqeyinə diqqət çəkərək, Mərkəzi Asiya ilə nəqliyyat bağlantılarının inkişafının bütöv regionun potensialının reallaşdırılmasına töhfə verəcəyini söyləyib.

Görüş zamanı, həmçinin ÜGT ilə bir sıra yeni əməkdaşlıq təklifləri üzrə müzakirə aparılıb.

SON XƏBƏRLƏR

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

Prezidentdən 2026-cı il Pre-COP Liderlər tədbirinin iştirakçılarına - Müraciət

Bu şəxslərə ödənilən mükafat gəlir vergisindən azad edilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Azərbaycan bu dövlətlərə 10 milyon dollar yardım göstərir

“Bakıya uçuş. İncəsənət həftəsonu”: - İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BÜTÜN XƏBƏRLƏR