Qətər şirkəti Azərbaycana sərmayə yatırmaqda maraqlıdır

Energetika Nazirliyində nazir Pərviz Şahbazov və Qətərin “Nebras Power” şirkətinin baş icraçı direktoru Xalid Mohammed Jolo arasında görüş keçirilib.

Energetika Nazirliyindən verilən məlumata görə, görüşdə “Nebras Power” şirkətinin fəaliyyəti, müxtəlif ölkələrdə həyata keçirdiyi layihələr və bərpa olunan enerji sahəsində təcrübəsinə dair məlumat verilib. Bərpa olunan enerji sahəsində Azərbaycanda həyata keçirilən islahatlar, yaxın gələcəkdə təşkili planlaşdırılan “yaşıl enerji” hərracları barədə danışılıb, külək enerjisi, o cümlədən dənizdə külək enerjisi və hidroenerji sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Energetika sahəsində uzunmüddətli investisiyalar həyata keçirən “Nebras Power” şirkətinin Azərbaycanda enerji layihələrində, eləcə də işğaldan azad olunmuş ərazilərimizdəki layihələrdə iştirakı imkanları barədə müzakirələr aparılıb, şirkətin ölkəmizə sərmayə yatırmaqda maraqlı olduğu bildirilib.

SON XƏBƏRLƏR

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Mədəniyyət nazirinə yeni müavin təyin edildi - DOSYE

Bakının 5 rayonunda su kəsiləcək - XƏBƏRDARLIQ

BÜTÜN XƏBƏRLƏR