Türkiyədə koronavirusdan daha 215 nəfər vəfat edib
Dünya
13.11.2021 / 21:55
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 215 nəfər dünyasını dəyişib.
Bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 347 426 nəfər test edilib. 22 583 nəfərin koronavirus testi pozitiv nəticə verib, 25 254 nəfər müalicə olunaraq sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 118 302 677 peyvənd tətbiq edilib ki, bunun 89,92 faizi birinci, 79,90 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay