BAKU Azərbaycan
13.03 °C

Koronavirusa görə Niderlandda idman tədbirləri azarkeşsiz keçiriləcək

Növbəti 3 həftə ərzində Niderlandda idman tədbirləri tamaşaçısız keçiriləcək.

Bu qərarı ölkə rəhbərliyi verib.

Bu tədbirlər koronavirusa yoluxma hallarının artması ilə bağlıdır. Dünən ölkədə 16 min 364 yeni yoluxma faktı qeydə alınıb ki, bu, pandemiyanın ilk günündən bəri krallıqda ən yüksək göstəricidir.

Qərara əsasən, azarkeşlər ölkə çempionatı, avrokubokların oyunları və DÇ-2022-nin seçmə mərhələsində Niderland - Norveç matçına gələ bilməyəcək.