BAKU Azərbaycan
13.03 °C

Rusiya və Fransa XİN rəhbərləri Polşa-Belarus sərhədindəki vəziyyəti müzakirə edib

Rusiya və Fransa xarici işlər nazirləri Polşa-Belarus sərhəddindəki vəziyyəti müzakirə ediblər.

Bu barədə Rusiya XİN-in bu gün Parisdə Təhlükəsizlik Məsələləri üzrə Fransa-Rusiya Əməkdaşlıq Şurasının iclası çərçivəsində keçirilən müzakirələrlə bağlı yaydığı məlumatda qeyd olunub.

"Belarus-Polşa sərhədindəki vəziyyəti müzakirə edərkən Rusiya tərəfi problemin yalnız aidiyyəti tərəflər arasında qarşılıqlı hörmətə əsaslanan dialoq yolu ilə və humanitar hüquq əsasında həllinin vacibliyini vurğulayıb", - Rusiya XİN-in məlumatında qeyd olunub.