
Reklam
12 Noyabr 2021, 17:29
770
Bakıda 5 saylı məktəbdə bir neçə sinif distant təhsilə keçib
Paytaxtdakı 5 nömrəli tam orta məktəbin bir neçə sinfində koronavirusa yoluxma halı olduğuna görə həmin siniflər distant təhsilə keçib.
Bu barədə Bakı şəhəri üzrə Təhsil idarəsindən bildirilib.
Qeyd edilib ki, hazırda məktəbdə əyani təhsil davam edir.
Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və mütəmadi olaraq monitorinqlər aparılır.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





