DSMF-nin Masallı şöbəsinin vəzifəli şəxslərinin məhkəməsi başlayır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Masallı rayon şöbəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı həmin Nazirliyin müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaqla sözügedən qurumun Sosial yardım və müavinət sektorunun sabiq müdiri Rövşən Həzərxanovun həmin sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmiş Malik Əlihüseynov və Şaiq Muxtarlı ilə qabaqcadan əlbir olaraq 2017-2020-ci illər ərzində rəsmi sənədlərə yalan məlumatları daxil etməklə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlir və xərclərin artıq ödənilməsi və az hesablanması yolu ilə onlara etibar edilmiş 14 min 490 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talamalarına, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə 122 min manat məbləğində ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Həzərxanov və adları qeyd edilən digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR