
Beynəlxalq forum iştirakçılarının Gəncə səfəri baş tutdu – FOTO
Zəfər gününə həsr olunmuş “Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forum çərçivəsində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər və fəal gənc ekspertlərin növbəti səfəri Gəncə şəhərinə baş tutub.
Səfərin məqsədi Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törətdilən müharibə cinayətlərini Avropalı nümayəndələrə canlı göstərmək, dağıntılarla tanış etmək olub.
Nümayəndələr ziyarət zamanı mülki əhaliyə qarşı törədilmiş bu cinayət əməlini pisləyərək, bu müharibə cinayətini beynəlxalq səviyyədə dünyaya çatdırmaq üçün çalışacaqlarını bildirib, bu sahədə fəaliyyətləri barəsində fikirlərini çatdırıblar. Qonaqlar həlak olan insanların xatirəsini anaraq, əraziyə gül dəstələri yerləşdiriblər.
Qeyd edək ki, sözügedən Beynəlxalq Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.
Forumun davamlı olaraq keçirilməsi nəzərdə tutulub.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay









