“Azəriqaz” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
06.11.2021 / 19:00
“Azəriqaz” İB bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
Birlikdən verilən məlumata görə, 8 və 9 noyabr bayram günlərində “Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində saat 10:00-dan 14:00-dək xidmət göstərəcəklər.
“Azəriqaz”dan bildirilib ki, İstehsalat Birliyi abonentlərdən bayram günlərində təbii qazdan istifadə zamanı xüsusi ilə diqqətli olmalarını, texniki təhlükəsizlik qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay