Azərbaycanda işsizlərin məşğulluğu üçün ayrılacaq məbləğ açıqlanıb

“Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”nına əsaəsn işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması nəzərdə tutulub.

 

Bu, Hesablama Palatasının “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi layihəsinə rəy”ində əks olunub.

Rəydə bildirilib ki, 2022-ci ilin dövlət büdcəsi üzrə Qanun layihəsində işsiz şəxslərin məşğulluq imkanlarının genişləndirilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin əhatə dairəsinin genişləndirilməsi, təşkili mexanizminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması ilə bağlı xərclərin maliyyə təminatı, o cümlədən iri dövlət müəssisələrində yaradılmış 18 minə yaxın iş yerlərinin əməyin ödənişi xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi üçün 230,7 mln. manat vəsait proqnozlaşdırılıb.

2022-ci il üzrə dövlət büdcəsinin layihəsi ilə birgə Hesablama Palatasına təqdim edilmiş məlumatlarda cari il üzrə orta aylıq əmək haqqının 2020-ci il üzrə müəyyən edilmiş göstəricini 35,1 manat və ya 5% üstələyərək 742,8 manat 2022-ci il üzrə proqnozlaşdırılan göstəricinin isə cari ilin müvafiq göstəricisini 64,8 manat və ya 8,7% üstələyərək 807,6 manat olacağı qeyd edilib.

Hesablama Palatası işləyən pensiyaçıların işsizlikdən sığorta haqlarına cəlb edilməsi istiqamətində müvafiq tənzimlənmənin aparılmasının vacib olması qənaətindədir.

“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunun 5.12.4-cü maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmiş şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir. Buna görə də yaşa görə əmək pensiyaçıları “Məşğulluq haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunlarında işaxtaran və işsiz şəxslər üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmək hüququna malik deyillər. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə uyğun olaraq onlar da işəgötürənlə əmək müqaviləsi bağladıqda Fonda sığorta haqqı ödənilməsinə cəlb olunurlar. Statistik hesabatlara əsasən 01 iyul 2021-ci il vəziyyətinə ölkə üzrə 116527 nəfər yaşa görə pensiyaçı əmək fəaliyyətini davam etdirir. Fonda sığorta haqqı ödəmələrinə baxmayaraq həmin şəxslər əmək fəaliyyətini dayandırdıqda iş axtaran və işsiz vətəndaşlar üçün nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə etmirlər.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR