
"Azərxalça"nın sabiq sədri Vidadi Muradov vəfat edib
"Azərxalça" ASC-nin İdarə Heyətinin sabiq sədri Vidadi Muradov vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, onkoloji xəstəlikdən əziyyət çəkən sabiq sədr gecə saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyatla saxlanılmış Vidadi Muradova 2021-ci il yanvarın 9-da Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş və rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdi.
Bir neçə gün əvvəl Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən bildirilmişdi ki, onkoloji xəstəliyi ilə əlaqədar müalicə olunan V.Muradov barədə məhkəmə tərəfindən humanist qərar qəbul edilmiş və barəsindəki həbs qətimkan tədbiri dəyişdirilərək müalicəsinə şərait yaradılmışdı.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





