BAKU Azərbaycan
15.03 °C

Noyabrın 5-də gözlənilən hava şəraiti açıqlanıb

ETSN yanında Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-11° isti, gündüz 12-14° isti, Bakıda gecə 8-10° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında Arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Arabir duman. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12° isti, gündüz 14-17° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.