
Reklam
03 Noyabr 2021, 22:18
621
Yunan-Roma güləşçisimiz dünya çempionu oldu
Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında final görüşünə çıxıb.
67 kq-da mübarizə aparan idmançımiz İran təmsilçisi Məhəmməd Cavad Rezayi ilə qarşılaşıb.
Gərgin keçən qarşılaşmada rəqibinə 3:2 hesabı ilə qalib gələn Cəfərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, Həsrət Cəfərov bu ilin avqustunda Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında və 1 ay sonra Kazandakı I MDB Oyunlarında qızıl medal qazanmışdı.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





