BAKU Azərbaycan
19.03 °C

Qətər klubu “Barselona”ya şərt qoydu

Qətərin “Əl-Sadd” futbol klubu baş məşqçi Xavi ilə əlaqədar “Barselona”ya güzəşt etməkdən imtina edib.

Daha əvvəl qeyd olunurdu ki, Kataloniya klubu Xavinin keçidini reallaşdırmaq üçün Qətər klubuna bir milyon avro məbləğində cərimə ödəməli olacaq. Qətər klubu həmçinin tələb edir ki, rəsmi təklif “Barselona” prezidenti Xuan Laporta tərəfindən səsləndirilsin.

Narazılıq “Barselona” klubunun funksionerin Dohaya səfər etməkdən imtina etməsindən sonra başlayıb.

Xatırladaq ki, rəsmi müqaviləyə əsasən, Xavi 2023-cü ilə qədər “Əl-Sadd” klubunun baş məşqçisi olmalıdır.