Sabahdan Abşeron DOST mərkəzində də vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayacaq

Sabah, noyabrın 4-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) DOST Agentliyinin Abşeron DOST mərkəzində də şəhid ailələri və müharibə əlilləri, habelə Vətən müharibəsində xəsarət almış hərbi qulluqçuların müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi fəaliyyətə başlayacaq.

Nazirlikdən verilən məlumata görə, Mərkəzdə Abşeron rayonu və Sumqayıt şəhəri üzrə qeyd olunan kateqoriyalara aid şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə və s. sahələr üzrə xidmətlər “bir pəncərə”dən, operativ, şəffaf şəkildə, vətəndaş məmnunluğu prinsipi əsasında göstəriləcək.

Prezident İlham Əliyevin 2021-ci il 25 iyun tarixli Fərmanına əsasən yaradılan vahid əlaqələndirmə mərkəzlərində ümumilikdə artıq 21 qurum üzrə (6 mərkəzi, 15 yerli icra hakimiyyəti orqanı) tərəfindən 26 istiqamətdə xidmətlər vahid məkandan təqdim edilir.

Bu il avqustun 23-dən Bakıdakı DOST mərkəzlərində fəaliyyətə başlayan vahid əlaqələndirmə mərkəzlərində ilkin mərhələdə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsində xəsarət almış hərbi qulluqçular və həmin müharibənin əlillərinin müraciətləri qəbul edilib. Oktyabrın 19-dan isə bu mərkəzlərdə 1-ci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibənin əlillərinin müraciətlərinin də qəbuluna başlanıb və onlardan da artıq 222 nəfər qəbul olunub.

Ümumilikdə isə ötən dövrdə vahid əlaqələndirmə mərkəzlərinə 2800-ə yaxın (o cümlədən Çağrı mərkəzi-142 vasitəsilə 224) vətəndaş müraciət edib.

SON XƏBƏRLƏR

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

BÜTÜN XƏBƏRLƏR