
Dünya çempionatında daha bir boksçumuz 1/4 finala yüksəlib
Serbiyanın paytaxtı Belqradda təşkil edilən boks üzrə dünya çempionatında 1/8 final mərhələsində Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxıb.
Öncəki mərhələdə monqolustanlı Enxmandağ Xarxuunu mübarizədən kənarlaşdıran Məsud Yusifzadə (51 kq) noyabrın 1-də 1/8 finalda puerto-rikolu Yankiel Rivera ilə döyüşüb. Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb, 5-0 (30:27, 30:27, 30:27, 30:27, 29:28). Məsud növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saengfetə qarşı keçirəcək.
1/16 finalda Soma Mesterə (Macarıstan) qalib gələn Mirşərif Kazımzadə (75 kq) ikinci sınağında Səidcəmşid Cəfərovla (Özbəkistan) gücünü yoxlayıb. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından boksçumuz dünya çempionatında çıxışını dayandırıb.
Qeyd edək ki, bu gün baş tutacaq 1/4 finalda Azərbaycan millisinin 4 üzvü rinqə çıxacaq. Yusifzadədən başqa, Sərxan Əliyev (71 kq) Obed Bartilə (ABŞ), Alfonso Dominqes (86 kq) Şarabutdin Atayevlə (Rusiya) və Məhəmməd Abdullayev (+92 kq) Narenderlə (Hindistan) münasibətinə aydınlıq gətirəcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





