BAKU Azərbaycan
7.03 °C

“Fulya” sənədli filminin təqdimatı olub

Azərbaycan və Türkiyənin müştərək istehsalı olan “Fulya” sənədli filminin təqdimatı olub.

Nizami Kino Mərkəzində təşkil olunan təqdimat mərasimində mədəniyyət naziri Anar Kərimov, ölkəmizdəki diplomatik korpusun nümayəndələri və kino xadimləri iştirak ediblər. Ekran işinin yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları Fulya Öztürk və Halil Kahraman da təqdimata qatılıblar.

44 günlük Vətən müharibəsində öz xidməti vəzifələrini yüksək peşəkarlıqla yerinə yetirən türkiyəli jurnalist Fulya Öztürk və operator Halil Kahramanın yaşadıqlarından bəhs edən filmin çəkilişləri bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər və Bakıda aparılıb.

Qeyd edək ki, C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalı olan filmin rejissorları Tahir Əliyev və Aykut Taşkın, təsvir rejissoru Cengizhan Durmaz, prodüserləri Özcan Dada və Fariz Əhmədovdur.