BAKU Azərbaycan
24.03 °C

Samuxda 3 məktəb distant təhsilə keçib

Samux rayonunda 3 orta məktəbdə əyani dərslər dayandırılıb.

Bu barədə Samux Rayon Təhsil Şöbəsinin müdiri Nurlana Həsənova bildirib.

O, qeyd edib ki, rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagirdi, 6 müəllimi və 1 texniki işçisində, Qarayeri qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 müəllimində, Əhmədbəyli kənd tam orta məktəbində isə direktor və 4 müəllimdə yeni növ koronavirus infeksiyası aşkar edilib.

Bu səbəbdən rayon Gigiyena və Epidemiologiya Mərkəzinin qərarına əsasən, məktəbin 14 gün müddətinə bağlanmasına qərar verilib.