BAKU Azərbaycan
14.03 °C

“Neftçi” “Qarabağ”la matçda darmadağın oldu

Oktyabrın 30-da futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start verilib.

Günün ilk matçında “Zirə” klubu “Keşlə”ni qəbul edib. Zirə İdman Kompleksində baş tutan qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. “Qartallar”ın qollarını 17-ci dəqiqədə Loris Broqno, 42-ci dəqiqədə isə Ağabala Ramazanov vurublar.

Turun mərkəzi qarşılaşması “Azersun Arena”da keçirilib. Suraxanıda son çempion “Neftçi”ni qəbul edən “Qarabağ” rəqibini 4:0 hesabı ilə darmadağın edib.

Ağdam təmsilçisinin heyətində ilk qolu 10-cu dəqiqədə Filip Ozobiç vurub.  4 dəqiqə sonra isə Abdullah Zubir “ağ-qaralar”ı növbəti dəfə mərkəzə dəvət edib. F.Ozobiç 23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirməklə özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub. Qarşılaşmanın əsas vaxtına əlavə edilmiş 2-ci dəqiqəsində Marko Vesoviç komandasının 4-cü qoluna imza atıb.