BAKU Azərbaycan
20.03 °C

“Cəbrayıl” heyətini Vətən qazisi ilə gücləndirib – FOTO

AFFA-nın təşkilatçılığı ilə keçirilən Region Liqasında iştirak edən “Cəbrayıl” futbol klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Azərbaycan milli komandasının keçmiş futbolçusu Cavid Hüseynovun həm məşqçisi, həm də prezidenti olduğu klub Vətən müharibəsi iştirakçısı İlkin Kərimlini transfer edib.

İkinci Qarabağ müharibəsində göstərdiyi şücaətə görə “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilən gənc yarımmüdafiəçi daha öncə “Bərdə”, “Tufan” və “Göyəzən” futbol klublarında çıxış edib.