Xalq artisti Canəli Əkbərov vəfat edib

Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında vəfat edib.

Bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib. Xalq artisti sabah dəfn olunacaq.

Canəli Əkbərov 1940-cı il mart ayının 10-da Lənkəran rayonunun Tükəvilə kəndində anadan olub. О, Asəf Zeynallı adına musiqi texnikumunu bitirdikdən sonra uzun müddət Azərbaycan Dövlət Filarmoniyasında solist kimi çalışıb. Muğam sənətinin vurğunu olan xanəndə dünyanın bir çox ölkələrində milli musiqimizin təbliğində müstəsna xidmətlər göstərib.

Canəli Əkbərov xalq musiqimizin görkəmli ifaçılarından biri idi. Böyük sənətkarımız Seyid Şuşinskidən dərs almış xanəndənin muğamın klassik ifa tərzinin qorunub saxlanılmasında xidmətləri danılmazdır.

1976-2000-ci illərdə Canəli Əkbərov Аzərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Məcnun, İbn-Səlam (Ü.Hacıbəyli “Leyli və Məcnun”), Qərib (Z.Hacıbəyov “Aşıq Qərib”), Şah İsmayıl ( M.Maqomayev “Şah İsmayıl” ), Camal (Ş.Axundova “Gəlin qayası”), Azançı (F.Əmirov “Sevil”), Mir Seyid (C.Cahangirov “Xanəndənin taleyi”) kimi yaddaqalan obrazlar yaradıb.

Yaradıcılıq fəaliyyəti ilə yanaşı onun pedaqoq kimi çoxillik fəaliyyəti də xüsusi qeyd olunmalıdır. O, uzun illər ərzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində professor və kafedra müdiri kimi çalışıb.

Görkəmli xanəndə 1989-cu ildə milli mədəniyyətimizin inkişafındakı uğurlarına görə Azərbaycan Respublikasının Əməkdar artisti, 1992-ci ildə Xalq artisti fəxri adlarına, 2000-ci ildə “Şöhrət”, 2010-cu ildə “Şərəf”, 2020-ci ildə isə 1-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. О, Prezident təqaüdçüsü idi.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR