
Reklam
04 Oktyabr 2021, 10:24
719
Müdafiə naziri Zakir Həsənov Gürcüstana yola düşüb
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, general-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





