BAKU Azərbaycan
25.03 °C

Rusiya komandası şahmat üzrə dünya çempionatının qalibi olub

İspaniyanın Sitges şəhərində qadın şahmatçılar arasında komanda dünya çempionatının final qarşılaşması keçirilib.

Rusiya və Hindistan şahmatçılarının üz-üzə gəldiyi həlledici qarşılaşmada Rusiya yığması rəqibini hər iki partiyada məğlub edərək (2.5-1.5; 3-1) komanda dünya çempionatında ikinci dəfə qalib olub. 

Xatırladaq ki, Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Zeynəb Məmmədyarova və Ülviyyə Fətəliyevanın yer aldığı qadın şahmatçılardan ibarət Azərbaycan millisi 1/4 finalda Gürcüstan yığmasına uduzaraq komanda dünya çempionatında mübarizəni dayandırmışdı.