Azərbaycan “Teknofest”də 11 startapla təmsil olunur

Sentyabrın 21-də İstanbulun Atatürk Beynəlxalq Hava Limanında “Teknofest” – Aerokosmik və Texnologiya Festivalının açılışı olub.

Açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, ölkəmizin müxtəlif dövlət qurumlarının rəhbər şəxsləri, nümayəndələri və ali təhsil müəssisələrinin tələbələri də iştirak ediblər.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və “Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə “Teknofest” tədbirində milli pavilyonumuzda 11 Azərbaycan startapı nümayiş etdirilir.

“Zəfər yolu” kosmik stansiya modeli, “Idrak Technology Transfer”in layihələri, “Zərbə”, “İqlime”, “Safee Bike”, “Viastellar”, “HealWith”, “SmogFree”, “Battle of Bots”, “Smart Parking IoT” və “GSM Smart Electric – AMR ST 13” startap məhsulları bu sırada yer alır.

Startaplarımız kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat, video oyunlar kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə yeni texnologiyaları əhatə edir.

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank milli pavilyonumuzu ziyarət edib, Azərbaycan startapları ilə tanış olub.

Qeyd edək ki, “Teknofest” – Aerokosmik və Texnologiya Festivalı sentyabrın 26-da başa çatacaq.

SON XƏBƏRLƏR

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

BÜTÜN XƏBƏRLƏR