Vətən müharibəsində yaralanmış 1750 hərbçiyə əlillik təyinatı aparılıb – Anar Bayramov

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov əlilliyin qiymətləndirilməsi və əlilliyi olan şəxslərə tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi sahəsində görülən işlərə dair mətbuat konfransı keçirib.

A.Bayramov əlillik təyinatı prosesinin vətəndaş-ekspert təması olmadan, elektron infrastruktur üzərindən tam şəffaf həyata keçirildiyini qeyd edib. O bu ilin ötən dövründə 35 minə yaxın şəxsə əlillik təyin edildiyini, o cümlədən 11 min şəxsə ilkin, qalanlarına təkrar əlillik təyinatı aparıldığını bildirib.

Qeyd edib ki, bu ilin 8 ayında Agentlik tərəfindən əlilliyi olan 7000 şəxs 30 minədək reabilitasiya vasitəsi, o cümlədən 766 şəxs mühərrikli təkərli oturacaqla təmin edilib və onların bir hissəsinə bu vasitələr yaşadıqları ünvanlara aparılaraq çatdırılıb. Yanvar-avqust aylarında qurumun reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 4600 şəxsə reabilitasiya xidmətləri göstərilib.

 A.Bayramov möhtəşəm Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbi qulluqçuların aidiyyəti qurumlarla birgə əyani müayinədən keçirilməklə əlilliyinin qiymətləndirilməsi sahəsində görülən işləri qeyd edib. Həmin hərbi qulluqçulardan artıq 1750 nəfərə əlillik təyinatı aparıldığını diqqətə çatdırıb.

Bildirilib ki, dövlət başçısının gostərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri də aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib. Yuxarı ətrafları amputasiya olunmuş 29 qazidən də İslandiyanın ÖSSUR şirkətinin Rusiya nümayəndəliyinin mütəxəssisləri il birgə müvafiq ölçülər götürülüb və yaxın günlərdə onların yüksək texnologiyalı protezlərlə təminatı prosesinə başlanılacaq.

A.Bayramov bildirib ki, Agentliyin tabeliyində olan bütün reabilitasiya müəssisələri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilib. Bu il isə Qəbələ və Şəmkir rayonlarında da Uşaq Reabilitasiya Mərkəzləri açılacaq.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR