Xarici işlər naziri Dünya Bankının ölkə meneceri ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 14-də Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ilə görüşüb.

Nazir Ceyhun Bayramov, xanım Sara Mayklı yeni təyinatı münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın Dünya Bankı ilə olan əlaqələrindən məmnunluqla bəhs edərək ölkəmizin bu əməkdaşlığa yüksək önəm verdiyini bildirib. Azərbaycanla Dünya Bankı arasında, qeyri-neft sektoru, özəl sektor, alternativ enerji, rəqəmsal inkişaf və digər sahələrdə mövcud olan əməkdaşlıq xüsusilə qeyd olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri, o cümlədən, ağıllı şəhər və kənd, yaşıl enerji, müasir infrastruktur layihələrinin icrası barədə ətraflı məlumat verib. O, həmçinin imzalanmış üçtərəfli bəyanatlara uyğun olaraq, bölgədə bütün kommunikasiya xətlərinin, tranzit yollarının açılışının yalnız iki ölkə deyil, bütün bölgənin gələcək inkişafı baxımından əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sara Maykl, növbəti il Dünya Bankının Azərbaycandakı fəaliyyətinin 30 illiyinin qeyd olunacağını bildirərək, ikitərəfli əməkdaşlıqdan məmnunluq ifadə edib. O, Azərbaycanın ölkə və ümumilikdə bölgənin inkişafı üzrə böyük vizyonunu bundan sonra da dəstəkləməyə davam edəcəklərini vurğulayıb. Azad olunmuş ərazilərdə həyata keçirilən bərpa prosesinə gəldikdə, ölkə meneceri Sara Maykl aidiyyəti üzrə bu prosesi dəstəkləməyə hazır olduqlarını bildirib.

Görüşdə tərəflər, həmçinin əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

SON XƏBƏRLƏR

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

BÜTÜN XƏBƏRLƏR