BAKU Azərbaycan
13.03 °C

Azərbaycan və Türkiyə hərbi rəhbərliyi “TurAz Şahini – 2021” təlimlərini izləyiblər – FOTO/VİDEO

Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən  “Yüksək səviyyəli müşahidəçi günü”ndə iştirak  etmək üçün Konya şəhərinə gəliblər.

Müdafiə Nazirliyindən GAZETTE-yə verilən məlumaat görə, təlimlərin keçirildiyi ərazidə fəxri qarovulun iştirakı ilə Azərbaycan nümayəndə heyətinin təntənəli qarşılanma mərasimi olub.

Sonra “TurAz Şahini – 2021” birgə təlimlərinin gedişi, yerinə yetirilən tapşırıqlar barədə yüksək səviyyəli qonaqlar üçün brifinq təqdim edilib.  Brifinqdən sonra Azərbaycan və Türkiyə müdafiə nazirləri çıxış ediblər.    

Sonda qonaqlar təlimlərin praktiki hissəsini izləyiblər.