
Formula 1-də ikinci sprint yarışı keçirilib
Formula 1 üzrə mövsümünün ikinci sprint yarışı İtaliya Qran-prisində keçirilib.
GAZETTE xəbər verir ki, Monza trasında baş tutan və 18 turdan ibarət olan sprint mərhələsinin qalibi Valtteri Bottas olub. “Mercedes” komandasının finlandiyalı pilotu birinci sıradan başladığı qısa yarışda damalı bayrağı görən ilk sürücü olub.
Qalib gəlməsinə baxmayaraq Bottas bu gün keçiriləcək yarışa sonuncu pillədən başlamalı olacaq. Buna səbəb komandanın mühəndislərinin pilotun bolidinin mühərrikini dəyişməsi olub ki, bu da reqlamentə əsasən qayda pozuntusu hesab olunur.
İtaliya Qran-prisinin sprint mərhələsini ikinci sırada bitirən “Red Bull” komandasının pilotu Maks Verstappen həlledici yarışa poul-pozisiyasından başlayacaq.
Bazar günü keçiriləcək yarışa “Mclaren” komandasının pilotları Daniel Rikkiardo və Lando Norris müvafiq olaraq 2 və 3-cü pillədən start götürəcəklər.
Qeyd edək ki, sprint mərhələsini ilk üçlükdə bitirən pilotlar aktivlərinə 3, 2 və 1 xal yazdırıblar.


ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





