BAKU Azərbaycan
20.03 °C

Rusiyanın fövqəladə hallar naziri təlim zamanı həlak olub

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) başçısı Yevgeni Ziniçev Norilskdə keçirilən təlimlər zamanı həlak olub.

GAZETTE xəbər verir ki, bu barədə nazirliyin açıqlamasında qeyd edilib.

“Hüznlə bildiririk ki, Rusiya FHN-nin başçısı Yevgeni Ziniçev Norilskdə arktik zonanın fövqəladə hallardan müdafiəsi üzrə idarələrarası təlimlər zamanı xidməti borcunu yerinə yetirərkən, insan həyatını xilas edərkən faciəli surətdə həlak olub”, – deyə nazirlikdən bildiriblər.

Qeyd edək ki, 55 yaşlı Yevgeni Ziniçev 2018-ci ildən Rusiyanın fövqəladə hallar naziri vəzifəsində çalışırdı.