
Reklam
07 Sentyabr 2021, 14:34
734
İbtidai siniflərdə əyani dərslər sentyabrın 22-dən başlanacaq – Təhsil naziri
22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər, ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri əyani təhsilə başlayacaq.
GAZETTE xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkilinə dair keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, sentyabrın 29-dan həmçinin ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri açılacaq. Nazir eyni zamanda məktəblərdə 5 günlük, bəzi təhsil müəssisələrində isə 6 günlük qrafik olacağını bildirib.
Təhsil işçilərinin vaksinasiya prossesinə də toxunan Emin Əmrullayev Azərbaycanda təhsil müəssisələrində çalışanların 80 faizə qədərinin vaksinasiyadan keçdiyi qeyd edib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





