BAKU Azərbaycan
15.03 °C

“Aimchess US Rapid” turnirinin qalibi Maqnus Karlsen oldu

“Champions Chess Tour” şahmat seriyasının finaldan öncəki sonuncu mərhələsi olan “Aimchess US Rapid”-in qalibi müəyyənləşib.

GAZETTE xəbər verir ki, final qarşılaşmasının ikinci oyun günündə norveçli dünya çempionu Maqnus Karlsen Rusiya təmsilçisi Vladislav Artemiev üzərində qələbə qazanaraq  ümumi hesabı  2-0 etməklə turnirin qalibi adına yiyələnib.

Turnirdə ikinci olaraq 15 min dollar mükafat fondunu əldə edən rusiyallı gənc şahtamçı eyni zamanda bu ayın sonunda keçiriləcək final mərhələsinə də vəsiqə əldə etmiş olub.

Image

Başa çatan mərhələ oyunlarından sonra sentyabrın 25-də start götürəcək final turnirində iştirak edəcək 8 zəka sahibin adı dəqiqləşib. Bunlar Maqnus Karlsen, Vesli So, Hikaru Nakamura (hər ikisi ABŞ), qrosmeysterimiz Teymur Rəcəbov, Aniş Giri (Niderland), Levon Aronyan (Ermənistan), Yan Nepomnyaşi və Vladislav Artemievdir (hər ikisi Rusiya). Final turnirində “wild card” vasitəsilə iştirak hüququ əldə edəcək daha iki şahmatçının adına yaxın zamanda aydınlıq gələcək.