Bu gün Azərbaycan millisi Lüksemburq yığmasının qonağı olacaq

Futbol üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsi çərçivəsində bu gün növbəti oyununu keçirəcək.

GAZETTE xəbər verir ki, millimiz A qrupundakı 3-cü matçında Lüksemburq yığmasının qonağı olacaq. “Stade de Luxembourg” oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürəcək və “CBC Sport” televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.

Görüşü Bosniya və Herseqovinadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FIFA referisi İrfan Pelto olacaq. Ona həmyerliləri Senad İbrisimbegoviç və Davor Beljo kömək edəcəklər. Dördüncü hakim funksiyasını Admir Sehoviç yerinə yetirəcək.

Görüşün VAR hakimi Marko Fritz, onun köməkçisi isə Markus Sinn (hər ikisi Almaniya) olacaq.

Oyun öncəsi Azərbaycan millisinin heyətində itki yoxdur. Meydan sahiblərində isə 4 futbolçu matçı buraxacaq. Onlardan Dioqo Pimentel və Eldin Dzoqoviç koronavirusa yoluxduqları, Marvin Martins və Kris Filipps isə zədə səbəbindən meydana çıxa bilməyəcəklər.

Qeyd edək ki, iki oyundan sonra xalı olmayan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. Lüksemburq isə 3 xalla üçüncüdür.

SON XƏBƏRLƏR

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

BÜTÜN XƏBƏRLƏR