BAKU Azərbaycan
20.03 °C

ABŞ hərbçiləri Əfqanıstanı tərk edib – Pentaqon

ABŞ-a məxsus hərbi kontingent Əfqanıstandan tamamilə çıxarılıb.

GAZETTE xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) binasında təşkil olunan mətbuat konfransında ABŞ Mərkəzi Komandanlığının rəhbəri general Kennet Makkenzi bildirib.

Onun sözlərinə görə, bu 2001-ci 11 sentyabr terror aktından qısa müddət sonra ABŞ-ın Əfqanıstanda başlatdığı 20 illik missiyasının sonu deməkdir.

Qeyd edək ki, Ağ Evdən verilən məlumata görə, cari ilin iyul ayının sonundan başlayaraq bu günə kimi ABŞ hərbçiləri Əfqanıstandan 112 mindən çox insan təxliyə edib.

Xatırladaq ki, Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” silahlı qruplaşması ABŞ hərbçilərinin ölkəni tərk etmələri üçün avqustun 31-nə kimi vaxt qoymuşdu.

Əfqanıstanı tərk edən sonuncu ABŞ hərbçisi