BAKU Azərbaycan
15.03 °C

“Karantin cəriməsini ödəməyənlər axtarışa veriləcək” – Elşad Hacıyev

Karantin qaydalarını pozduğu üçün cərimələnən şəxslər cəriməni ödəməsə, axtarışa verilə bilər.

GAZETTE xəbər verir ki, bunu “ARB24″ün “Gündəm” verilişinə açıqlamasında DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsində müvafiq norma var və bu normaya əsasən karantin qaydalarını pozulması ilə əlaqədar tətbiq edilən cərimələrin 30 gün müddətində ödənilməsi təmin edilməlidir.

Əgər 30 gün ərzində cərimə ödənilməsə, probasiya və məhkəmə xətti ilə onun ödənilməsi təmin ediləcək