Paralimpiyaçılarımız Tokioda 4 qızıl, 1 dünya rekordu əldə ediblər – FOTO

“Tokio-2020” Yay Paralimpiya Oyunlarında bu gün mübarizəyə qoşulan dörd idmançımız da fəxri kürsünün ən yüksək pilləsinə qalxamağı bacarıblar.

GAZETTE xəbər verir ki, qadınlar arasında -57 kq çəki dərəcəsində mübarizə aparan paracüdoçumuz Sevda Vəliyeva finalda Parvina Samandarovu məğlub edərək qızıl medala yiyələnib.

-63 kq çəkidə güləşən digər qadın paracüdoçumuz Xanım Hüseynova həlledici görüşdə İrina Husievanı məğlub etməyi bacarıb və “Tokio-2020”-nin qızıl medalına sahib olub.

Ölkəmizin aktivinə daha bir qızıl medalı 81 kq-da Hüseyn Rəhimli yazdırıb. Paracüdoçumuz final görüşündə Davurxom Karomatovu məğlub edərək paralimpiadanın qızıl medalını əldə edib.

Günün son sevindirici xəbəri isə paraatletimiz Həmid Heydəridən (F57) gəlib. Belə ki, nizə atma növündə ölkəmizi təmsil edən Həmid 51,42 m. nəticə ilə  XVI Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanmaqla yanaşı dünya rekorduna da imzala atmış olub.

Qeyd edək ki, buna qədər paracüdoçularımız Şəhanə Hacıyeva (48 kq), Vüqar Şirinli (60 kq) və 100 metr məsafəyə üzgüçülük yarışlarında Raman Saleh paralimpiadanın qızıl, digər paracüdoçumuz Namiq Abaslı (66 kq) və pauerliftinqçimi Pərvin Məmmədov (49 kq) isə bürünc medala sahib olmuşdular.

Yay Paralimpiya Oyunlarında arxada qalan 4 gündən sonra aktivində 9 medal (7 qızıl, 2 bürünc) olan Azərbaycan yığması medal sıralamasında 7-ci pillədə qərarlaşıb. 

Xatırladaq ki, sentyabrın 5-dək davam edəcək “Tokio-2020”-də ölkəmizi idmanın 6 növündə 47 kateqoriya üzrə rekord sayda – 36 idmançı təmsil edir ki, atletlərimizin də 24-ü kişi və 12-si qadındır.

SON XƏBƏRLƏR

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

İlham Əliyev Türkmənbaşıda tədbirdə iştirak edir

Səyyar ASAN xidmət İsmayıllıda

Yeni qəsəbənin tikintisinə daha 7,7 milyon manat ayrıldı

Prezident Türkmənistana səfər edib

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

BÜTÜN XƏBƏRLƏR