
Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb – SİYAHI
Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqasında 2021-2022-ci il mövsümünün qrup mərhələsinin püşkü atılıb.
GAZETTE xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunmuş tədbirdə qrupların tərkibi müəyyənləşib.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu C qrupunda “Napoli” (İtaliya), “Lester” (İngiltərə) və “Spartak”la (Rusiya) eyni qrupda mübarizə aparacaq.
Qardaş Türkiyə təmsilçilərindən “Qalatasaray”Avroliqanın E qrupunda “Latsio” (İtaliya), “Lokomotiv” (Rusiya) və “Marsel” (Fransa), “Fənərbaxça” isə D qrupunda “Olimpiakos” (Yunanıstan), “Ayntraxt” (Almaniya) və “Antverpen” klubları (Belçika) ilə eyni qrupda yer alıblar.

Qeyd edək ki, Avropa Liqasında ilk turun oyunları 16 sentyabr tarixində keçiriləcək.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





