BAKU Azərbaycan
17.03 °C

Türkiyə hərbçilərini Əfqanıstandan təxliyə edir

Türkiyə Əfqanıstanda sülhməramlı missiyanı həyata keçirən hərbçilərinin təxliyəsinə başlayıb.

GAZETTE xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstandakı mövcud vəziyyət və şərtlər dəyərləndirilərək Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının təxliyəsinə qərar verilib.

Məlumatda qeyd edilib ki, mehmetçikin 2002-ci ildən onlara həvalə edilən sülhməramlı missiyanı uğurla yerinə yetirmənin qüruru ilə Vətənə qayıdır.