Vətən müharibəsi qəhrəmanları və ailə üzvləri evlə təmin ediləcək -SƏRƏNCAM

Avqustun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında Sərəncam imzalayıb.

GAZETTE xəbər verir ki, Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərin, eləcə də ölümündən sonra həmin ad verilmiş şəxslərin ailə üzvlərinin mənzillə təmin edilməsini həyata keçirmək və görülmüş işlər barədə Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat vermək tapşırılıb.

Sərəncamda həmin şəxslərin mənzillə təmin olunmasının bu məqsədlə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun nazirliyin balansına verdiyi və ya nazirliyin həmin məqsəd üçün əldə etdiyi mənzillər hesabına həyata keçirilməsi müəyyən edilib.

Həmçinin İpoteka və Kredit Zəmanət Fonduna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müraciəti əsasında Vətən müharibəsi qəhrəmanlarının və onların ailə üzvlərinin mənzillə təmin edilməsi üçün balansında olan mənzillərin Fondun mənfəəti hesabına həmin nazirliyin balansına verilməsini təmin etmək tapşırılıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Onlardan 49 nəfəri sağlığında, 34 nəfəri isə ölümündən sonra bu ada layiq görülüb.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR