BAKU Azərbaycan
20.03 °C

“COVİD-19”-a yoluxmuş 30 nəfər vəfat edib

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 3583 yoluxma faktı qeydə alınıb, 1644 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan GAZETTE-yə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 30 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 398 min 34 nəfərin yeni növ koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 348 min 454 nəfər müalicə olunaraq sağalıb, 5 min 370 nəfər vəfat edib. Aktiv xəstə sayı 44 min 210 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 508, bu günə qədər isə ümumilikdə 4 milyon 344 min 428 test icra olunub.