
FHN Heydər Əliyev prospektində baş verən yanğınla bağlı məlumat yayıb – VİDEO
Fövqəladə Hallar Nazirliyi (FHN) paytaxtın Nizami rayonu ərazisində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.
FHN-in mətbuat xidmətindən GAZETTE-yə bildiriblər ki, avqustun 24-də saat 14:35-də nazirliyin 112 – qaynar telefon xəttinə Heydər Əliyev prospektində hasar üzlüyündə yanğın barədə məlumat verilib. Saat 14:41-də FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə çatıb.
Yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınıb. Cəmi doqquz dəqiqə sonra – saat 14:50-də məhdudlaşdırılan yanğın saat 15:00-da tam söndürülüb.
İlkin məlumata əsasən, yanğın nəticəsində hasara vurulmuş penoplast materialdan ibarət üzlük 250 kvadratmetr sahədə yanıb. Hasar üzlüyünün qalan hissəsi və yaxınlıqdakı obyektlər yanğından mühafizə edilib.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





