Yeni təyin olunan direktorlar üçün təlimlərə başlanılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə yeni təyin olunan direktorlar üçün təlimlərə start verilib.

BŞTİ-dən GAZETTE-yə verilən məlumata görə, Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təşkil olunan təlimlərin əsas məqsədi yeni təyin olunan direktorların peşəkar inkişafı, hazırlıq səviyyələrinin artırılması və idarəetmə bacarıqlarının təkmilləşdirilməsindən ibarətdir.

16 nəfərlik qrupu əhatə edən təlimlər praktik əsaslıdır və 6 moduldan ibarətdir. Modullar müvafiq olaraq rəqəmsal idarəetmə, məktəb sənədlərinin aparılması və saxlanması, idarəetmədə müasir yanaşmalar, sağlam psixoloji mühitin təşkili, hesabatlılıq və ictimaiyyətlə əlaqələrin idarə edilməsi istiqamətlərini əhatə edir. Təlimlər TDM-in yüksək ixtisaslı metodistləri tərəfindən aparılır.

Təlimlərdə mövzular ətrafında fikir mübadiləsi aparılır, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilir.

SON XƏBƏRLƏR

BDYPİ-dən velosipedçilərə çağırış

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

BMT-nin yeni rezident əlaqələndiricisi “ASAN xidmət”də

Vüqar Oruc beynəlxalq təşkilata rəhbərlik edə bilər

ADY ən çox gediş-gəliş qeydə alınan dəmir yolu stansiyalarını AÇIQLADI

Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır

Azərbaycan və Mərkəzi Asiya: investisiya körpüləri qurulur

Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?

Mərkəzi Asiya–Azərbaycan–Avropa: yaşıl enerjinin yeni marşrutu hazırlanır

İlham Hüseynov Fəxri Üzvlüyə layiq görüldü

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Nazirlikdən fermerlərin müraciətlərinə dair açıqlama

Prezident onu vəzifəsindən azad etdi - SƏRƏNCAM

Azərbaycan və Türkmənistan prezidentləri görüşdü

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Astara gömrük postunda növbəti narkotik əməliyyatı

Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir -BƏYANAT

Neftçalanın icra başçısı səyyar görüş keçirib

İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

BÜTÜN XƏBƏRLƏR