“Mənim atam qəhrəmandır” layihəsi çərçivəsində növbəti tədbir keçirilib – FOTO / VİDEO

Azərbaycan Respublikası Müdafiə və Daxili İşlər nazirliklərinin dəstəyi və “Fire Land Production”ın təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim atam qəhrəmandır” layihəsinin növbəti tədbiri keçirilib.

GAZETTE xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canından keçən qəhrəmanlarımızı bir daha anmaq, onların övladlarına daim xalqımızın diqqət mərkəzində olduqlarını hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etməkdir.

Olimpiya çempionlarının da dəvət olunduğu tədbir Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzindən başlayıb. Ekskursiya avtobuslarında şəhəri gəzən  şəhidlərin övladları “Zəfər marşı”nı  ifa edərək tədbirə qatıldılar. Onlar öz atalarının fotoları həkk edilən geyimlərdə, digər uşaqlar üzərində subay şəhidlərimizin rəsmləri, şəhid anaları isə övladlarının şəkli olan və “Mənim qəhrəmanım” yazılmış geyimlərdə tədbirə qatıldılar.

Tədbirin xüsusi qonağı Azərbaycanın Əməkdar artisti Sevda Ələkbərzadə də şəhid övladları ilə birlikdə oldu, qəhrəmanlarımızın anaları, ailə üzvləri ilə hisslərini bölüşdü. O,  “Sən yadıma düşəndə” mahnısını ifa etməklə həssas anlar yaşandı.

Sonra “Əbədi məşəl” abidə-kompleksində qəhrəmanlarımızın övladları “Zəfər” marşını oxuyaraq və səmaya ağ göyərçinlər uçuraraq dünyaya “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajını  verdilər.

Sonda qəhrəman övladlarına “Xarıbülbül” döş nişanı hədiyyə olundu.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR