
Reklam
22 Avqust 2021, 14:07
866
“Araz-Naxçıvan” Çempionlar Liqasında növbəti görüşünə çıxacaq
Bu gün “Araz-Naxçıvan” futzal klubu UEFA Çempionlar Liqasının ilkin mərhələsində ikinci görüşünü keçirəcək.
GAZETTE xəbər verir ki, Azərbaycan çempionu Latviyanın Salaspils şəhərində keçiriləcək oyunda Finlandiyanın “Kampuksen Dinamo” klubu ilə üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 15:00-da start götürəcək.
Komandamız ilk oyununda Cəbəllütariqin “Europa” kollektivini 9:2 hesabı ilə məğlub edib.
Naxçıvan təmsilçisi qrupda sonuncu oyununu avqustun 24-də “Raba” (Latviya) klubuna qarşı keçirəcək.
Qeyd edək ki, ilkin mərhələnin oyunlarına 8 ölkə ev sahibliyi edir. Reqlamentə uyğun olaraq, 9 komanda – 8 qrup qalibi və ikinci pillədə yer alan iştirakçılardan ən yaxşı göstəriciyə malik bir klub əsas mərhələyə vəsiqə qazanacaq.
ƏN ÇOX OXUNANLAR
- Bu gün
- Bu həftə
- Bu ay





