“COVİD-19” xəstələrinin qidalanmasına dair təlimat hazırlanıb – TƏBİB

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin qidalanmasına dair təlimat hazırlanıb. Təlimatın yaxın günlərdə müvafiq xəstəxanalara paylanılması nəzərdə tutulub.

GAZETTE xəbər verir ki, bunu TƏBİB-in Qida təminatı və nəzarəti şöbəsinin baş mütəxəssisi Şumarə Qaracayeva deyib.

Ş.Qaracayeva bildirib ki, yeni növ koronavirus xəstələrinin qida rasionu immun sistemini gücləndirməyə əsaslanmalıdır: “Qida menyusu xəstəliyin müəyyən mərhələləri üçün fərqli tərtib edilir. Yeni növ koronavirus xəstələrinin xəstəxana şəraitində müalicəsi zamanı parenteral və enteral qidalanma növlərindən istifadə edilir. Oral qidalanma mümkün olmadıqda, xəstə ya zond, ya da müxtəlif vitamin və minerallarla zəngin “kokteyl”lərin venadaxili yeridilməsi vasitəsilə qidalandırılır. Ölkədə “COVID-19”-a yoluxmuş xəstələrin stasionar şəraitdə qidalanma qaydalarına tam riayət olunur. Evə buraxılan xəstələrə isə qidalanmaya dair təlimat kitabçaları təqdim edilir. Biz həkimləri və vətəndaşları təlimatlandırmağa çalışırıq. Koronavirus xəstələrinə isə bol meyvə-tərəvəzdən istifadə etmək məsləhət görülür. Həmçinin zülal tərkibli qidalar immun sisteminin gücləndirdiyinə görə qida rasionuna daxil edilməlidir. Müalicəvi qidalardan istifadə etmək lazımdır. Təəssüf ki, bəzən vətəndaşlar koronavirus əleyhinə peyvənd vurdurduqdan sonra allergiya yaradacaq qida qəbul edir və nəticədə yaranmış allergik reaksiyanı vaksinlə əlaqələndirirlər. Vaksinasiyadan sonra şokolad və spirtli içkinin qəbulu ümumiyyətlə məsləhət görülmür”.

SON XƏBƏRLƏR

Bu almaları yemək təhlükəlidir? - AÇIQLAMA

Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI

Baş prokuror Gəncədə vətəndaşları qəbul edib

Qiymətləndiricilərin peşəkar fəaliyyətinə kənar müdaxiləyə qarşı hüquqi təminatlar gücləndirilə bilər

İlham Əliyev Putinə zəng etdi

Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirib

Əli Əsədov orta məktəblə bağlı qərar imzaladı

Sosial sığorta yığımları açıqlandı

Torpaqların istifadəsiz qalmaması üçün YENİLİK EDİLİR

Azərbaycanda ən çox istifadə olunan sosial şəbəkələr – SİYAHI

Şantajla qadından 1 manat aldı - 3 il həbs verildi

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Yayılan məlumatlar dezinformasiyadır - RƏSMİ BƏYANAT!

Əsir və itkin probleminin miqyası beynəlxalq səylərin daha da gücləndirilməsini tələb edir

Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

Vətən Müharibəsi Qəhrəmanının qardaşına SOCAR-da yüksək vəzifə verildi

DTX rəisi: 913 itkin şəxsə aid meyit qalıqları aşkarlanıb

Yarım milyon manatdan artıq dəyəri olan dərman vasitələri aşkar edildi

Bu şəxslərə 150 min manat kompensasiya verilməlidir - TƏKLİF

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

BÜTÜN XƏBƏRLƏR